İlon Mask süni intellekt sahəsində yeni addım atdı — Grok neyroşəbəkəsinin yenilənmiş 4.2 versiyası artıq açıq beta-test mərhələsinə buraxılıb. Artıq istənilən istifadəçi modelin imkanlarını şəxsən sınaqdan keçirə bilər.
Mask yeniliyi özünün X sosial şəbəkəsindəki hesabında elan edib. Yeni versiya avtomatik aktivləşdirilmir — istifadəçilər onu veb-versiyada və ya tətbiqin ayarlarında manual şəkildə seçməlidirlər.
Sahibkarın sözlərinə görə, Grok 4.2-nin əsas üstünlüyü “super sürətli” öyrənmə qabiliyyətidir. Model davamlı şəkildə təkmilləşdiriləcək və demək olar ki, hər həftə yenilənəcək. Mask bildirir ki, stabil 4.2 versiyası baza Grok 4 modeli ilə müqayisədə təxminən bir neçə dəfə daha ağıllı və daha sürətlidir.
Qeyd olunur ki, xidmətə giriş üçün Grok-un rəsmi şəkildə dəstəkləndiyi ölkələrdən birinə məxsus IP ünvan tələb olunur.





