spot_img
7 февраля, 2026
spot_img
ДомойТехнологииСмартфоныGoogle: bütün Android-smartfonlar Apple AirDrop dəstəyini alacaq

Google: bütün Android-smartfonlar Apple AirDrop dəstəyini alacaq

Keçən ilin payızında Google Pixel smartfonlarında iPhone-larla AirDrop vasitəsilə birbaşa məlumat mübadiləsi funksiyası istifadəyə verilmişdi. İndi isə Google şirkəti bu imkanı bütün Android cihazlarına yaymağı planlaşdırır.

Bu barədə Google-un ofisində keçirilən mətbuat brifinqində Android üzrə vitse-prezident Erik Key məlumat verib. Onun sözlərinə görə, şirkət öz ekosistemini daha da gücləndirməyə fokuslanıb.

“Keçən il AirDrop uyğunluğu funksiyasını istifadəyə verdik. 2026-cı ildə isə onu daha çox cihaza gətirməyi planlaşdırırıq. Biz iPhone-la yanaşı iPad və MacBook-larla da uyğun işləyən məhsul yaratmaq üçün çox vaxt və resurs sərf etdik. İndi isə bu uyğunluğun stabil olduğunu gördükdən sonra tərəfdaşlarımızla birlikdə funksiyanı bütün ekosistemə yaymaq üzərində işləməyə başlamışıq. Yaxın zamanda maraqlı elanlar olacaq”, — deyə Erik Key bildirib.

Google nümayəndəsi Apple-ın məlumat ötürmə protokollarına necə çıxış əldə olunduğunu və yeniliyin Android əməliyyat sistemində dəqiq nə vaxt aktivləşdiriləcəyini açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl Qualcomm da oxşar planlardan danışmışdı. Lakin Google-un açıqlamasına əsasən, bu funksiya ümumi istifadəyə açıq olacaq və yalnız Snapdragon prosessorlu cihazlarla məhdudlaşmayacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,827ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -