spot_img
19 января, 2026
spot_img
ДомойТелекомСобытияTarixdə belə sərvət olmayıb: İlon Mask 800 milyard dollara yaxınlaşır

Tarixdə belə sərvət olmayıb: İlon Mask 800 milyard dollara yaxınlaşır

İlon Maskın tarixdə 800 milyard dollarlıq sərvətə yaxınlaşan ilk insan olmağına bir addım qalıb. Forbes məlumatına görə, bu ayın əvvəlində Maskın xAI Holdings şirkəti özəl investorlar tərəfindən 20 milyard dollar cəlb edib. Bunun ardından şirkətin bazar dəyəri 250 milyard dollara yüksəlib.

Bu rəqəm Maskın ötən ilin martında süni intellekt startapı xAI-ni sosial şəbəkə X (keçmiş Twitter) ilə birləşdirərkən səsləndirdiyi 113 milyard dollarlıq qiymətləndirmədən iki dəfədən çoxdur. Forbes-in hesablamalarına görə, sözügedən razılaşma Maskın xAI Holdings-dəki 49%-lik payının dəyərini 62 milyard dollar artıraraq 122 milyard dollara çatdırıb.

Nəticədə, dünyanın ən varlı insanı olan İlon Maskın ümumi sərvəti Forbes-un real vaxt rejimində yenilənən milyarderlər siyahısına əsasən rekord səviyyəyə — 780 milyard dollara yüksəlib.

xAI-yə sərmayə qoyan digər tanınmış milyarderlər arasında Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid bin Talal Əl-Səud, Twitter-in ilk investorlarından biri, Twitter-in həmtəsisçisi Cek Dorsi və Oracle-ın həmtəsisçisi Larri Ellison da var. Qeyd edək ki, Ellison 2022-ci ildə Maskın Twitter-ini 44 milyard dollara alması zamanı bu sövdələşməyə 1 milyard dollar yatırmışdı.

Forbes-un qiymətləndirməsinə əsasən, şahzadə Əl-Vəlid xAI Holdings-in 1,6%-lik payına sahibdir və bu payın dəyəri təxminən 4 milyard dollar təşkil edir. Cek Dorsi və Larri Ellison isə hər biri 0,8% paya malikdir — bu payların hər birinin dəyəri 2,1 milyard dollar civarındadır. Bununla da Dorsinin sərvəti 6 milyard dollara, Ellisonun sərvəti isə 241 milyard dollara yüksəlib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,826ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -