spot_img
8 января, 2026
spot_img
ДомойТехнологииНоутбукиSamsung ultra nazik Galaxy Book6 noutbuklarını təqdim etdi

Samsung ultra nazik Galaxy Book6 noutbuklarını təqdim etdi

CES 2026 sərgisində Samsung texnologiya həvəskarlarını yeni Galaxy Book6 noutbuk seriyası ilə sevindirib. Yenilənmiş ailəyə üç model daxildir: baza versiyası, Book6 Pro və əvvəlki nəsildə olmayan, seriyanın ən güclü modeli — Galaxy Book6 Ultra. Şirkət bu dəfə dizaynla yanaşı, “dəmir” hissəni də ciddi şəkildə gücləndirib.

Yeni noutbukların hamısı geniş buxar kamerasına və təkmilləşdirilmiş ventilyatorlara malik inkişaf etmiş soyutma sistemi ilə təchiz olunub. ProUltra versiyaları isə əlavə olaraq taktik cavablı (haptic) touchpad, eləcə də yenilənmiş klaviatura əldə edib.

Seriyanın flaqmanı Galaxy Book6 Ultra 16 düymlük AMOLED displey ilə gəlir
(2880×1800 piksel, 1000 nit parlaqlıq, 120 Hz-ə qədər dəyişən yenilənmə tezliyi). Noutbukun ürəyi Intel Core Ultra X9/X7 prosessorlarıdır və qrafika hissəsində NVIDIA GeForce RTX 5070-yə qədər videokartalar təklif olunur.

Samsung-un iddiasına görə, Galaxy Book6 Ultra 30 saata qədər video izləmə rejimində işləyə bilir. Üstəlik, sürətli şarj funksiyası batareyanı cəmi 30 dəqiqəyə 63%-ə qədər doldurur. Digər diqqətçəkən məqamlar — 6 dinamikli güclü səs sistemi və cəmi 15,4 mm qalınlıqda nazik korpusdur.

Galaxy Book6 Pro modelləri isə 14 və 16 düym ekran ölçüləri ilə təqdim olunacaq. Displeylərin detallı texniki göstəriciləri hələ açıqlanmayıb. Performans üçün Intel Core Ultra X7/X5 prosessorları cavabdehdir. Bu model də 30 saata qədər avtonom işləmə11,9 mm-dən başlayan incə dizayn təklif edir.

Seriyanın baza Galaxy Book6 modeli isə daha klassik yanaşmanı sevənlər üçündür. O, 14 və 16 düymlük IPS ekran (1920×1200 piksel, 350 nit) və Intel Core Ultra 5/7 prosessorları ilə, şirkətin iGPU qrafikası əsasında çalışır.

Samsung bildirir ki, bütün Galaxy Book6 modelləri neyroşəbəkə əsaslı ağıllı funksiyalarla təchiz olunub — məqsəd gündəlik işləri daha sürətli və rahat etməkdir. Yeni noutbukların satış tarixi və qiymətləri isə hələlik açıqlanmır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,829ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -