spot_img
10 января, 2026
spot_img
ДомойТехнологииСмартфоныSamsung hər iki istiqamətdə qatlanan smartfonu patentləşdirdi

Samsung hər iki istiqamətdə qatlanan smartfonu patentləşdirdi

Samsung yeni patent müraciətində qatlanan smartfonlar üçün tam fərqli konsepsiya nümayiş etdirib. Sənədlərdə əks olunan renderlərə əsasən, şirkət şaquli “clamshell” tipli cihaz üzərində çalışır. Bu modelin əsas fərqi isə ondan ibarətdir ki, o, rəqiblərdən fərqli olaraq həm içəriyə, həm də çölə doğru qatlanma imkanına malikdir.

İllüstrasiyalara görə, smartfonun arxa tərəfində əlavə ekran nəzərdə tutulmayıb, menteşə isə korpusun mərkəzində deyil. Nəticədə cihaz asimmetrik şəkildə qatlanır. Ehtimal edilir ki, bu texniki həll əks istiqamətdə qatlanma zamanı əsas kameranın örtülməməsi üçün seçilib.

Dizayn baxımından daha tanış elementlər də yer alır: əsas çevik displey, həmçinin iki dairəvi çıxıntı — biri kamera, digəri isə LED-flaş üçün nəzərdə tutulub. Yan tərəfdən baxıldıqda smartfon nisbətən nazik görünür, kənarlarda isə güc düyməsi və səs tənzimləmə düymələri seçilir.

Hazırda bu qeyri-adi qatlanan smartfon yalnız patent mərhələsindədir. Onun real məhsula çevrilib-çevrilməyəcəyi isə hələlik açıq sual olaraq qalır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,827ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -