Motorola rəsmi olaraq Signature adlı yeni smartfonunu təqdim edib. Bu model şirkətin eyni adlı premium seriyası çərçivəsində buraxılan ilk cihazdır. Yeniliyin əsas üstünlükləri — flaqman səviyyəli texniki göstəricilər, nazik korpus, tanınan dizayn və inkişaf etmiş kamera sistemidir.
Smartfon 6,8 düymlük AMOLED ekran ilə təchiz olunub. Displey Full HD+ təsvir ölçüsünü, 165 Hz yenilənmə tezliyini və 6200 nitə qədər pik parlaqlığı dəstəkləyir
(Dolby Vision, HDR10+). Ekran həmçinin Pantone Color və Pantone SkinTone sertifikatlarından keçib. Ön panel Gorilla Glass Victus 2 şüşəsi ilə qorunur.
Motorola Signature-in əsasını Snapdragon 8 Gen 5 prosessoru təşkil edir. O, LPDDR5X operativ yaddaş (16 GB-a qədər) və UFS 4.1 standartlı sürətli daxili yaddaşla (1 TB-a qədər) tamamlanır. Avtonom iş üçün 5200 mA·h batareya cavabdehdir. Batareya 90 Vt sürətli naqilli, 50 Vt naqilsiz və 10 Vt geri enerji ötürmə (reverse charging) funksiyalarını dəstəkləyir.
Kamera bloku üç ədəd 50 MP moduldan ibarətdir:
- əsas kamera (Sony Lytia 828, OIS, f/1.6),
- ultrageniş bucaqlı kamera (makro çəkiliş dəstəyi ilə),
- periskop telefoto (Sony Lytia 600, 3 qat optik ZOOM).
Selfi üçün isə Sony Lytia 500 sensoruna malik 50 MP-lik ön kamera təqdim olunur.
Smartfonun korpusu IP68 və IP69 standartlarına uyğun qorunur, eyni zamanda MIL-STD-810H hərbi sertifikasiyasından keçib. Maraqlıdır ki, cəmi 6,99 mm qalınlığa baxmayaraq, cihaz stereo dinamiklərlə təchiz olunub.
Motorola Signature zeytun (olive) və qara rənglərdə satışa çıxarılacaq. Smartfonun qiyməti və satışa başlama tarixi isə hələ açıqlanmayıb.





