spot_img
8 января, 2026
spot_img
ДомойТехнологииСмартфоныMotorola Razr Fold təqdim olundu — üfüqi qatlanan yeni flaqman

Motorola Razr Fold təqdim olundu — üfüqi qatlanan yeni flaqman

Motorola brendi CES 2026 sərgisində üfüqi formatda qatlana bilən yeni smartfonu — Razr Fold modelini rəsmi şəkildə təqdim edib. Premyera zamanı istehsalçı cihazın dizaynını və əsas texniki xüsusiyyətlərinin böyük hissəsini açıqlayıb.

Klassik “kitab” tipli konstruksiyada hazırlanan Razr Fold 8,09 düymlük əsas elastik ekran ilə təchiz olunub. Daxili displey 2K təsvir ölçüsüLTPO texnologiyası dəstəyi alıb. Xarici tərəfdə isə 6,56 düymlük klassik ekran yerləşir və o, smartfon qatlanmış vəziyyətdə olanda da rahat istifadəni təmin edir.

Yeni modelin arxa hissəsində üçlü kamera bloku yerləşir: əsas kamera, ultrageniş bucaqlı modul və 3 qat optik Zoom telefoto obyektiv. Hər üç kamera 50 MP təsvir sensoru ilə təchiz olunub. Motorola həmçinin Dolby Vision formatında video çəkilişi dəstəklədiyini xüsusi vurğulayıb.

Ön kamera məsələsində də fərqli yanaşma tətbiq edilib — xarici ekranda 32 MP, daxili elastik displeydə isə 20 MP sensor yerləşdirilib. Məlumata görə, Razr Fold Pen Ultra stilusu ilə uyğun gəlir və bir sıra süni intellekt əsaslı funksiyalar təqdim edir.

Hazırda smartfon üçün iki rəng variantı elan olunub — Blackened Blue və Lily White. Hər iki çalar Pantone rəng palitrasına daxildir.

Motorola Razr Fold-un digər texniki xüsusiyyətləri, satışa çıxarılma tarixi və qiyməti isə daha sonra açıqlanacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,829ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -