spot_img
8 декабря, 2025
spot_img
ДомойТехнологииСмартфоныRealme-dən xəbərdarlıq: smartfonlar bahalaşa bilər

Realme-dən xəbərdarlıq: smartfonlar bahalaşa bilər

Yaddaş bazarında yaşanan böhran texnologiya sektorunda ciddi dalğalanmalar yaradıb və bunun təsiri artıq fərqli sahələrə də çatmağa başlayır. DRAM və NAND çiplərinin çatışmazlığı komponentlərin qiymətini sürətlə artırır, bu isə qaçılmaz olaraq hazır cihazların — xüsusən də smartfonların qiymətlərinə təsir göstərəcək.

Bu barədə açıq xəbərdarlıq edənlərdən biri də Realme şirkətinin marketinq rəhbəri Frensis Vonqdur. Onun sözlərinə görə, komponentlərin bahalaşması artıq bazarın balansını pozur və 2026-cı ildə bu tendensiya daha da güclənəcək. Yəni yaxın illərdə smartfon almaq indiki qədər “əlverişli” olmayacaq.

Vonq qeyd edib ki, hazırda satışda olan modellər və yaxın zamanda təqdim ediləcək yeniliklər münasib qiymət və güclü imkan balansına malik son cihazlar ola bilər. O, buna nümunə kimi yeni təqdim edilən Realme P4X modelini göstərib. Smartfon 144 herslik ekran, MediaTek Dimensity 7400 Ultra prosessoru və 7000 milliamper-saatlıq batareya ilə təchiz olunub, başlanğıc qiyməti isə təxminən 179 ABŞ dollarıdır.

Bu narahatlıq təkcə realme ilə məhdudlaşmır. Daha əvvəl Xiaomi-nin prezidenti Lu Veybin də oxşar açıqlama verərək, növbəti nəsil smartfonların indiki modellərlə müqayisədə daha baha olacağını bildirib.

Belə görünür ki, bazarda “ucuz, amma güclü” smartfon dövrü tədricən sona yaxınlaşır və istifadəçiləri yeni qiymət reallığı gözləyir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,839ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -