spot_img
18 декабря, 2025
spot_img
ДомойТехнологииПланшетыGüclü OnePlus Pad Go 2 planşeti təqdim edildi

Güclü OnePlus Pad Go 2 planşeti təqdim edildi

OnePlus şirkəti yeni və münasib qiymətli Pad Go 2 planşetini təqdim edib. Model əsasən tələbələr, həmçinin təhsil, iş və multimedia üçün universal cihaz axtaran istifadəçilər üçün nəzərdə tutulub.

OnePlus Pad Go 2 12,1 düymlük ekranla təchiz olunub və 7:5 tərəf nisbətinə malikdir. Bu format sənədlərin oxunması və mətnlə işləmək üçün klassik 16:10 ekranlardan daha rahat hesab olunur. Ekranın parlaqlığı bütün səth üzrə 900 nit-ə çatır, DCI-P3 rəng gamutunun demək olar ki, tam əhatəsi və Dolby Vision dəstəyi mövcuddur.

Pad Go seriyasında ilk dəfə olaraq stilus dəstəyi təqdim edilib. OnePlus Pad Go 2 Stylo ayrıca satılır və OnePlus Notes tətbiqi ilə birlikdə əlyazma ilə qeydlər aparmağa, riyazi formulaların tanınmasına və yazı xəttinin avtomatik yaxşılaşdırılmasına imkan verir.

Planşetin performansına MediaTek Dimensity 7300 Ultra cavabdehdir. OnePlus şirkəti cihazın uzunmüddətli sabit və axıcı işlədiyini xüsusi vurğulayır — bu, TÜV SÜD Fluency sertifikatı ilə təsdiqlənib. Planşeti 10 050 mAh tutumlu batareyası 33 vatt sürətli şarjı dəstəkləyir və 15 saata qədər video izləmə, yaxud iki gündən çox aktiv istifadə imkanı yaradır.

OnePlus Pad Go 2 lavanda və qara rənglərdə satışa çıxacaq. Shadow Black versiyası SIM-kart dəstəyi ilə təchiz olunub — bu isə planşetdən 5G şəbəkələrinə qoşulmaq, zəng etmək, mesaj göndərmək və internetdən birbaşa istifadə etmək imkanı verir.

Bundan əlavə, OnePlus smartfonları ilə ağıllı inteqrasiya mövcuddur: planşet avtomatik olaraq telefonun mobil internetinə qoşula bilir və bu zaman adi hotspot paylaşımı ilə müqayisədə 30% daha az enerji sərf edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,833ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -