spot_img
8 декабря, 2025
spot_img
ДомойТелекомСобытияApple-ın itkiləri dəvam edir: çip bölməsinin rəhbəri şirkətdən ayrılmağa hazırlaşır

Apple-ın itkiləri dəvam edir: çip bölməsinin rəhbəri şirkətdən ayrılmağa hazırlaşır

Apple tarixinin son onilliklərində görünməmiş kadr itkisi ilə üz-üzə qalıb. Cəmi bir həftə ərzində şirkəti süni intellekt, interfeys dizaynı, həmçinin hüquqi və dövlətlərlə əlaqələr üzrə əsas rəhbərlər tərk edib. Maraqlısı odur ki, onların hamısı birbaşa Tim Kuka tabe idi. Bu isə Apple daxilində ciddi qeyri-sabitliyin formalaşdığını göstərir və prosesin hələ yeni başladığı ehtimal olunur.

İnsayderlərin məlumatına görə, növbəti böyük ayrılıq Apple üçün xüsusilə ağrılı ola bilər. Şirkətin aparat texnologiyaları üzrə rəhbəri, “Apple Silicon” çiplərinin əsas memarı Conni Sruji guya Tim Kuka artıq şirkəti tərk etməyi ciddi şəkildə düşündüyünü bildirib və başqa bir şirkətə keçid variantlarını nəzərdən keçirir. Paralel olaraq Apple süni intellekt sahəsində mühəndislərini sürətlə itirir — Meta, OpenAI və çoxsaylı startaplar ixtisaslı kadrları fəal şəkildə cəlb edir. Bu axının nəticələri artıq hiss olunur: Apple Intelligence-in gecikməsi və Siri yenilənməsinin uğursuz qrafiki açıq kadr böhranının əlamətləri kimi göstərilir.

Baş verənlərin fonunda Apple mövcud işçiləri saxlamaq üçün fövqəladə addımlar atmağa məcbur qalıb. Əsas mütəxəssislərin maaş və bonusları artırılır, HR bölməsi isə gücləndirilmiş işə qəbul rejiminə keçir. Rəsmi izahların bir hissəsi yaş amili ilə bağlıdır — bir çox top-menecer onilliklərdir şirkətdə çalışır və pensiyaya yaxınlaşır. Lakin real miqyas daha narahatedicidir: son bir ildə Apple istifadəçi interfeysi komandalarının liderlərini, Vision Pro mühəndislərini, robototexnika proqram təminatı rəhbərlərini itirib və bütöv komandalar Meta və OpenAI-yə keçib.

Bu proseslə paralel olaraq şirkət daxilində yeni liderlər qrupu formalaşır. Con Ternus, Kreyq Federiqi, Eddi Kyu və yeni əməliyyat direktoru Sabih Xan Apple-ın gələcək taleyinə cavabdeh əsas fiqurlara çevrilirlər. Süni intellekt, robototexnika, ağıllı eynəklər və gələcək cihazlar məhz onların nəzarətində olacaq. Daxili mənbələrə görə isə Tim Kukun mümkün varisi kimi ən çox adı çəkilən şəxs məhz Con Ternusdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,839ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -