Flaqman Xiaomi 17 Ultra-nın rəsmi təqdimatına hələ çox vaxt var, amma internetdə artıq smartfonun təsadüfi olaraq ilk görüntüləri yayılıb.
Renderləri polşalı insayder Kasper Skşipek paylaşıb. Fotolarda fotoqrafiya üçün nəzərdə tutulmuş keys ilə, əl üçün tutacaq və əlavə düymələr ilə göstərilib. Smartfonun özü isə üç obyektivli böyük dairəvi kamera bloku ilə diqqət çəkir. Xüsusilə ən böyük obyektiv — periskop tipli telemodul diqqət çəkir. Maraqlıdır ki, Xiaomi 17 Ultra-da Xiaomi 17 Pro və 17 Pro Max-dakı kimi ikinci ekran yoxdur.
Şayiələrə görə, Xiaomi 17 Ultra əsas kamera 50 MP (OVX10500U sensorlu), ultra-geniş bucaqlı kamera 50 MP (JN5), telefoto 200 MP və 50 MP ön kamera ilə təchiz olunacaq. Həmçinin ona Snapdragon 8 Elite Gen 5 prosessoru və böyük tutumlu batareya verilməsi gözlənilir.
Çin bazarında satışın yaxın zamanda başlaması, qlobal versiyanın isə yalnız 2026-cı ilin baharında çıxması gözlənilir.





