spot_img
16 октября, 2025
spot_img
ДомойТехнологииГаджетыXiaomi geyilə bilən cihazlar bazarının liderinə çevrildi

Xiaomi geyilə bilən cihazlar bazarının liderinə çevrildi

Analitik şirkət Omdia 2025-ci ilin ilk yarısında dünya üzrə geyilə bilən elektronika bazarının nəticələrini açıqlayıb. Məlumata görə, bu seqmentdə liderlik Apple-dan Xiaomi-yə keçib.

Hesabata əsasən, Xiaomi ikinci rübdə 9,5 milyon geyilə bilən cihaz satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61% artım deməkdir. Şirkətin bazar payı 18,9% təşkil edib.

İkinci yerdə HUAWEI qərarlaşıb — 8,8 milyon cihaz və 17,4%-lik bazar payı ilə. Çin brendi ötən illə müqayisədə 47% artım göstərib.

Üçüncü pilləyə isə Apple düşüb. Şirkət 7,6 milyon cihaz sataraq bazarın 15,2%-nə sahib olub. Apple üçün göstəricilər sabit qalıb — satış həcmi cəmi 1% azalıb.

Dördüncü yerdə Samsung qərarlaşıb — 4,3 milyon cihaz və 8,6%-lik bazar payı. Şirkət ötən illə müqayisədə 52%-lik artım nümayiş etdirib. İlk beşliyi Noise brendi bağlayır — 2 milyon cihaz və 4%-lik pay, lakin 15%-lik azalma ilə.

Ümumilikdə, 2025-ci ilin ikinci rübündə 50,2 milyon geyilə bilən cihaz satışa çıxarılıb. Bu göstərici ötən illə müqayisədə 13% çoxdur.

Mütəxəssislər qeyd edirlər ki, ağıllı saatlar ümumi satışların cəmi 32%-ni təşkil etsə də, bazarın ümumi dəyərinin 69%-i məhz bu kateqoriyaya düşür.
Omdia-nın proqnozuna görə, ilin sonuna qədər geyilə bilən elektronika bazarında satışlar əlavə olaraq 8% artacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,868ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -