spot_img
1 ноября, 2025
spot_img
ДомойAVБытовая техникаXiaomi 1,5 saata qədər işləyən ağıllı simsiz tozsoranını təqdim etdi

Xiaomi 1,5 saata qədər işləyən ağıllı simsiz tozsoranını təqdim etdi

Xiaomi beynəlxalq saytında yeni G30 Max adlı simsiz siklon tozsoranını təqdim edib. Qurğu uzunmüddətli batareya ömrü ilə yanaşı, çirklənmə səviyyəsini avtomatik müəyyən edən süni intellekt sistemi, toz üçün işıqlandırma və çoxpilləli filtrasiya texnologiyası ilə seçilir.

Xiaomi G30 Max modeli 280 air-vatt gücündə tozsorma qüvvəsi yaradan mühərriklə təchiz olunub. İstifadəçiyə üç iş rejimi təklif olunur, o cümlədən avtomatik rejim, burada cihaz çirklənmə səviyyəsinə görə gücü özü tənzimləyir.

Cihazın dairəvi ekran işıqları toz miqdarı barədə xəbər verir:

  • yaşıl — səth təmizdir,

  • sarı və qırmızı — hələ toz və çirk qalıb.

Tozun geri yayılmasının qarşısını almaq üçün tozsoran beşpilləli filtrasiya sistemi ilə təchiz edilib — istehsalçının sözlərinə görə, sistem 99,98% incə toz hissəciklərini tutur.

Əsas fırça başlığında yerləşən LED işıqlar isə yerdəki görünməyən tozları aşkarlamağa kömək edir. Qutuda yeddi müxtəlif aksesuar var, o cümlədən antistatik ucu olan uzadılmış başlıq.

Enerjiyə 4000 mA·s tutumlu batareya cavabdehdir. O, ekonom rejimdə 90 dəqiqəyə, turbo fırça ilə isə təxminən 70 dəqiqəyə qədər fasiləsiz işləməyi təmin edir.

Xiaomi G30 Max modelinin satış tarixi və qiyməti daha sonra açıqlanacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,863ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -