Adətən oyunçular Steam platformasını açanda yeni oyun almaq ümidi ilə daxil olurlar. Amma Valve şirkəti vaxtaşırı oyunçulara təkcə pullarını xərcləmək deyil, həm də yaxın vaxtlarda çıxacaq oyunların demo versiyalarını sınamaq imkanı yaradır. Elə indi də belə bir fürsət mövcuddur.
13 oktyabr axşamı start götürən “Next Fest” (İnkişafda olan oyunlar) adlı payız festivalı davam edir. Bu rəqəmsal sərgi çərçivəsində oyunçular dünyanın müxtəlif studiyalarından olan bir çox maraqlı layihələrin pulsuz demo versiyalarını sınaqdan keçirə bilərlər.
Ən çox diqqət çəkənlər arasında:
-
Pathologic 3 — dramatik triller janrında oyun,
-
Industria 2 — atmosferik atıcı (şuter),
-
Painkiller — məşhur oyunun kooperativ şəkildə yenidən işlənmiş versiyası,
-
Reanimal — iki ilk Little Nightmares oyununu yaradan studiyadan gələn qorxu janrında yeni layihə.
Festival bir həftə davam edəcək və 20 oktyabrda başa çatacaq. Qeyd etmək lazımdır ki, tədbirdən sonra bəzi demo versiyalar Steam mağazasından silinə bilər, buna görə də maraqlı oyunları vaxtında sınamaq tövsiyə olunur.