Sharp yeni orta seqment smartfonu Aquos Sense 10 modelini təqdim edib. Qurğu əvvəlki nəsil kimi kompakt ölçülərini qoruyub, lakin performans və səs keyfiyyəti baxımından ciddi yeniləmələr alıb. Bundan əlavə, istehsalçı cihazı süni intellekt əsaslı ağıllı funksiyalarla təchiz edib — məsələn, spam zənglərin tanınması və avtomatik stenoqram yaradılması kimi.
Smartfon 6,1 düymlük Pro IGZO OLED ekranla gəlir. Displey 1–120 Hz arasında adaptiv yeniləmə tezliyi və 1500 nit parlaqlıq təklif edir. Cihazın ürəyində Snapdragon 7s Gen 3 prosessoru yer alıb. 5000 mA·s tutumlu batareya 36 Vt gücündə sürətli şarj (USB-C 3.2 Gen 1) dəstəyi ilə işləyir.
Əsas kamera sistemi iki 50 MP sensordan ibarətdir:
- 
əsas modul 1/1,55” ölçülü böyük matrisə və optik sabitləşdirməyə malikdir, 
- 
geniş bucaqlı obyektiv isə 1/2,5” sensor və avtofokus dəstəyi ilə gəlir. 
 Ön kamera 32 MP təsvir ölçüsünə malikdir.
Sharp həmçinin simmetrik stereo dinamiklər sayəsində daha təmiz və balanslı səs təcrübəsi vəd edir. Korpus tamamilə metaldan hazırlanıb və IP68 həmçinin MIL-STD-810H 1standartlarına uyğun qorunmaya malikdir. Ölçülər — 149 × 73 × 8,9 mm, çəkisi isə cəmi 166 qramdır.
Aquos Sense 10 altı fərqli rəngdə satışa çıxacaq. Hər rəng variantına uyğun öz dizaynlı orijinal qoruyucu case təklif ediləcək. Bundan əlavə, Sharp Spingle, Blue Sakura Jeans və Kojima Genes kimi məşhur yapon brendləri ilə birgə məhdud sayda aksesuar kolleksiyası da təqdim edəcək.
Yaponiyada Sharp Aquos Sense 10 aşağıdakı qiymətlərlə satışa çıxarılacaq:
- 
təxmini 406 ABŞ dolları — 6 + 128 GB versiyası üçün, 
- 
təxmini 449 ABŞ dolları — 8 + 256 GB versiyası üçün. 




 
                                    

