spot_img
15 октября, 2025
spot_img
ДомойAI / MLGoogle search-də yeni İİ şəkil redaktoru — Nano Banana istifadəyə verildi

Google search-də yeni İİ şəkil redaktoru — Nano Banana istifadəyə verildi

Google öz süni intellekt modeli Nano Banana-nı Gemini platformasından əlavə olaraq bir neçə digər xidmətə də inteqrasiya edib. Şirkətin məlumatına görə, bu İİ artıq Google Axtarışında və NotebookLM xidmətində aktivdir, tezliklə isə Google Şəkillər (Google Photos) tətbiqində də təqdim olunacaq.

Google Axtarışında Nano Banana şəkil axtarışı rejimində işləyəcək və istifadəçinin yazılı sorğusuna əsasən fotoları dəyişdirmə imkanı yaradacaq — yəni Gemini kimi şəkilləri mətn vasitəsilə redaktə etmək mümkün olacaq. Bunun üçün Android və iOS versiyalarında “Yarat” (“Create”) adlı yeni düymə əlavə olunub.

NotebookLM isə məlumatların analizini və strukturlaşdırılmasını asanlaşdıran süni intellekt köməkçisidir. Xidmətdəki Video Overviews funksiyası yüklənmiş material əsasında izahlı video yaradır. Google bildirir ki, Nano Banana-nın əlavə olunması ilə bu videolar daha zəngin və müxtəlif olacaq.

Hələlik şirkət Nano Banana-nın Google Şəkillər xidmətində hansı funksiyaları yerinə yetirəcəyini açıqlamayıb, lakin bu yeniliyin yaxın zamanda istifadəyə veriləcəyi təsdiqlənib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,869ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -