spot_img
9 октября, 2025
spot_img
ДомойAI / MLGoogle kodlardakı zəiflikləri avtomatik aşkar edib aradan qaldıran CodeMender süni intellektini təqdim...

Google kodlardakı zəiflikləri avtomatik aşkar edib aradan qaldıran CodeMender süni intellektini təqdim etdi

Google DeepMind bölməsi yeni İA xidmətini — CodeMender-i təqdim edib. Bu sistem proqram kodundakı zəiflikləri avtomatik müəyyənləşdirir və düzəldir. GitHub Copilot kimi köməkçilərdən fərqli olaraq, CodeMender kod yazmağa deyil, onun təhlükəsizliyinə yönəlib: hazır layihələri analiz edir, zəif nöqtələri tapır və dərc olunmazdan əvvəl yoxlanılan düzəlişlər təklif edir.

CodeMender-in əsasında Gemini Deep Think modelinin təkmilləşdirilmiş versiyası dayanır. Bu model kodun strukturu üzərində “mülahizə yürütə” bilir. Agent bir neçə vasitə ilə təchiz olunub: debugger (sazlayıcı), test mühiti, kod analizatorları və fuzzing çərçivəsi — yəni avtomatik səhv aşkarlama alətləri. Dəyişiklik edildikdən sonra sistem layihəni yenidən yığır və yeni problemlərin yaranıb-yaranmadığını yoxlayır, lazım gələrsə patçı (düzəlişi) özü təkmilləşdirir.

İlk altı aylıq sınaq mərhələsində CodeMender artıq 4,5 milyon sətrdən çox kodu olan iri kitabxanalar da daxil olmaqla, açıq mənbəli layihələrdə 72 düzəliş həyata keçirib. Məsələn, libwebp kitabxanasında agent -fbounds-safety adlı yaddaş sərhədi yoxlamaları əlavə edərək bufer daşmalarının qarşısını alıb — bu tip zəifliklər əvvəllər iOS hücumlarında istifadə olunurdu.

Ənənəvi həllərdən fərqli olaraq, CodeMender yalnız mövcud səhvlərə reaksiya vermir, həm də onların yaranmasının qarşısını alır: potensial təhlükəli kod hissələrini yenidən yazır və bütöv zəiflikləri aradan qaldırır. Hazırda sistem məhdud rejimdə fəaliyyət göstərir — hər bir düzəliş tədqiqatçılar tərəfindən əl ilə yoxlanılır.

Gələcəkdə Google CodeMender-i DevSecOps proseslərinə inteqrasiya etməyi planlaşdırır ki, bu da kodun avtomatik qorunmasını bütün proqramçılar üçün əlçatan etsin.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,868ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -