Şəbəkədə Xiaomi 17 seriyasının “Pro” və baza modellərinin Geekbench nəticələri ortaya çıxıb. Bundan əlavə, Xiaomi ikinci ekranın hansı funksiyaları yerinə yetirəcəyini göstərən promorolik dərc edib.
Videoda ikinci ekranda bir neçə saat üzü (parallaks effekti ilə), müxtəlif mətnlər, ekran qoruyucuları, sadə şəkillər və istifadəçilərin geyim tərzinə uyğunlaşan 3D personajlar nümayiş etdirilib. İnsayderlərin sözlərinə görə, bu ekran selfi çəkilişi üçün vizör, ağıllı ev və ya avtomobilin idarəetmə pultu kimi istifadə edilə biləcək. Həmçinin, orada tətbiqlərin ikonaları da görünəcək və onların dəsti istifadəçinin yerləşdiyi məkan və ya internetə çıxışına görə dəyişəcək.
Geekbench bazasında Xiaomi 17 (25113PN0EC) və 17 Pro (25098PN5AC) modellərinin kartları da aşkar olunub. Baza versiyası 3156/9254 bal, Pro modeli isə 3025/9178 bal toplayıb. Screenshot-larda görünür ki, hər iki test cihazı Android 16, 14,66 GB (16 GB) RAM və iki klasterli prosessorla təchiz edilib: biri altı nüvəli (3,63 GHz), digəri isə iki nüvəli (4,61 GHz).
Yeni modellərin təqdimatı 26 sentyabrda keçiriləcək.