Samsung, IFA 2025 sərgisində Galaxy S25 FE smartfonu ilə yanaşı, yeni flaqman planşetlərini — Galaxy Tab S11 və Tab S11 Ultra-nı təqdim etdi. Şirkət bu cihazları yüksək performans, süni intellekt imkanları və təkmilləşdirilmiş DeX rejimi ilə noutbuku əvəz edə biləcək universal həll kimi mövqeləndirir.
Galaxy Tab S11 Ultra 14,6 düymlük Dynamic AMOLED 2X ekran, 120 Hz yeniləmə tezliyi və 1600 nit parlaqlıqla gəlir, adi S11 isə 11 düymlük panel alıb. Hər iki model əvvəlkindən nazikdir və IP68 qorunma dərəcəsinə malikdir.
Yenilənmiş S Pen konusvari ucluq və altıbucaqlı forma ilə daha dəqiq idarəetmə və rahat tutuş təmin edir, “Sürətli alətlər” funksiyası isə rəsmlər və redaktə zamanı ayarları operativ dəyişməyə imkan verir.
Planşetlər MediaTek Dimensity 9400+ prosessoru ilə işləyir. Ultra versiyası 11 600 mAh, S11 isə 8400 mAh tutumlu batareya alıb, hər ikisi 45 Vt sürətli şarjı dəstəkləyir. Kameralar əvvəlki modellərə yaxındır: Ultra versiyada 13 MP əsas və 8 MP ultraşirobucaqlı modul, ön tərəfdə isə 12 MP kamera var; Tab S11 isə yalnız 13 MP arxa və 12 MP ön kameraya malikdir.
Qiymətlər 799,99 dollardan başlayır, Tab S11 Ultra isə 1199,99 dollardan təklif olunur. Planşetlər artıq qlobal bazara çıxıb.