spot_img
6 октября, 2025
spot_img
ДомойТехнологииАвтомобилиChangan Nevo A06: 1 saniyədə 1 km yol üçün şarj yığan hibrid...

Changan Nevo A06: 1 saniyədə 1 km yol üçün şarj yığan hibrid sedan

Çinin avtomobil istehsalçısı Changan yeni sedanını — Nevo A06 modelini təqdim edib. Avtomobil həm tam elektrikli, həm də artırılmış məsafəli hibrid versiyada satışa çıxarılacaq. Model kütləvi bazara yönəlib.

Yeni Nevo A06-da 6C nəsil akkumulyator istifadə olunub. Bu batareya rekord sürətlə şarj qəbul edir və 1 saniyədə 1 km yol üçün enerji toplamağa imkan verir. Bu texnologiya sayəsində akkumulyatoru 30%-dən 80%-ə qədər cəmi 9 dəqiqəyə doldurmaq mümkündür.

Sedan Changan SDA platforması üzərində hazırlanıb. Elektrik versiyası 161 at gücü282 at gücü olmaqla iki modifikasiyada, həmçinin üç müxtəlif akkumulyator seçimi ilə buraxılacaq.

Hibrid versiyada isə 97 at gücünə malik 1,5 litrlik benzin mühərriki ilə yanaşı 120 kVt gücündə elektrik motoru quraşdırılıb. Şirkət hələlik yeni modellərin qiymətini açıqlamayıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,871ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -