spot_img
6 октября, 2025
spot_img
ДомойТехнологииАвтомобилиBYD “qızıl” versiyada Yangwang U8L SUV təqdim etdi

BYD “qızıl” versiyada Yangwang U8L SUV təqdim etdi

Çinin avtomobil nəhəngi BYD məşhur Yangwang U8 modelinin yenilənmiş versiyasını satışa çıxarıb. U8L Dingshi Edition adlanan model daha uzun təkər bazası, dəyişdirilmiş dizayn və təkmilləşdirilmiş texniki göstəriciləri ilə seçilir.

Yeni U8L-in ölçüləri 5400 × 2049 × 1921 mm, təkər bazası isə 3250 mm-dir. Ön hissədə qədim “Ding” simvolu formasında hər tərəfdə 99 LED işıq yerləşdirilib. Arxa hissə isə Range RoverRolls-Royce Cullinan-dan ilhamlanan ikili baqaj qapısı ilə hazırlanıb. Korpus üzərində 24 karat saf qızıldan hazırlanmış üç emblema var.

Avtomobilin ümumi çəkisi 4210 kq təşkil edir. Salonunda isə 2.0T mühərrikdörd elektrik motoru quraşdırılıb. Onların ümumi gücü 1180 at qüvvəsinə bərabərdir. SUV-un gediş ehtiyatı 1158 km, 0-dan 100 km/saata sürətlənməsi isə cəmi 3,6 saniyədir.

U8L həmçinin DiPilot 600 adlı ağıllı idarəetmə sistemi ilə təchiz olunub. Bu sistemdə üç LiDAR sensoru, Navigate on Autopilot dəstəyi və qabaqcıl avtopark funksiyaları mövcuddur. Bundan əlavə, maşında Disus-P adaptiv asqı, karbon-keramik əyləclər və sıfır qravitasiya oturacaqları var.

Modelin qiyməti təxminən 180 min dollardır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,871ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -