spot_img
6 августа, 2025
spot_img
ДомойТелекомСобытияTesla Los-Ancelesdə Cybertruck materiallarından tikilmiş restoran açdı

Tesla Los-Ancelesdə Cybertruck materiallarından tikilmiş restoran açdı

Tesla 2025-ci ilin iyul ayında Los-Ancelesdə yeni restoran – Supercharger Diner açdı. Bu qeyri-adi restoran Cybertruck istehsalı zamanı qalan paslanmayan polad panellərdən tikilib. Şirkətin baş dizayneri Frans fon Holtsxauzen bu faktı Tesla sahiblərinin Avstriya klubuna verdiyi müsahibədə təsdiqləyib.

Restoran layihəsi hələ 2018-ci ildə Elon Musk tərəfindən irəli sürülmüşdü. Tərtibatda futuristik üslub1950-ci illərin klassik Amerika diner atmosferi uğurla birləşdirilib. Binanın fasadı Cybertruck-un ekzoskeleti üçün istifadə olunan nerj poladla örtülüb.

Tikinti üçün istifadə olunan materiallar Tesla-nın Texasdakı zavodunda istehsalat zamanı qalan ehtiyatlardan götürülüb. Cybertruck üçün polad Steel Dynamics Inc. şirkətindən və Texas ştatındakı Sinton şəhərində yerləşən müəssisədən alınır. Restoranın tikintisindən əvvəl bu polad əlavə emaldan keçirilib.

Maraqlıdır ki, eyni tip polad həmçinin SpaceX-in Starship kosmik gəmisinin korpusunun istehsalında da tətbiq olunur. Bu materialın seçimi yalnız dizayn baxımından deyil, həm də davamlılıqmöhkəmlik səbəbilə edilib.

Yeni Supercharger Diner restoranında qonaqlar zəngin menyudan dad ala və eyni zamanda Tesla elektromobillərini şarj edə bilərlər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,925ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -