HUAWEI şirkəti yeni nəsil ağıllı qıfılını — Smart Lock 2 Enjoy Edition modelini təqdim edib. Bu cihaz sadəcə açarsız qapı açma funksiyası ilə kifayətlənmir, həmçinin qapı arxasında dayanan insanları tanıya, evdən çıxarkən müəyyən məsələləri xatırlada bilir — məsələn, soruşa bilər: “Bəs ütünü söndürdünmü?”
Smart Lock 2 müxtəlif yollarla qapını açmağa imkan verir:
- damarların strukturunu skan etməklə,
- smartfon tətbiqi ilə,
- smart kartla,
- PIN-kodla,
- barmaq izi ilə
- adi açarla.
Qurğunun 161° bucaqlı kamerası qapının qarşısını daim izləyə bilir, insanları tanıyır və avtomatik şəkillər çəkir. Kamera sayəsində videodomonitor funksiyası da mövcuddur — istifadəçi qonağı smartfon və ya digər HUAWEI cihazları vasitəsilə görə və onunla uzaqdan danışaraq qapını aça bilər. Əgər biri zəng edərsə, dərhal telefona bildiriş gəlir. Qıfıl HarmonyOS Connect sistemi ilə digər ağıllı ev cihazları ilə əlaqələndirilə bilir.
Qurğu 10 000 mAh tutumlu batareya ilə təchiz olunub və bu da 5–7 ay fasiləsiz istifadə imkanı yaradır. Gözlənilməz enerji bitməsi halında isə fövqəladə enerji mənbəyi aktivləşdirmək üçün bir düymə yetərlidir.
HUAWEI Smart Lock 2 Enjoy Edition artıq 278 dollar qiymətinə ilkin sifariş üçün əlçatandır. Rəsmi satışlar 18 avqust tarixində başlayacaq.