spot_img
12 августа, 2025
spot_img
ДомойТехнологииГаджетыAirPods real vaxt rejimində nitqi tərcümə edə biləcək

AirPods real vaxt rejimində nitqi tərcümə edə biləcək

iOS 26 beta 6 versiyasında hələ ki AirPods qulaqlıqlarında mövcud olmayan canlı tərcümə funksiyasını əks etdirən şəkillər tapılıb. Şəkildə müxtəlif dillərdə “Salam” sözü yazılıb ki, bu da funksiyanın mahiyyətinə işarə edir.

Hər qulaqcıqda mavi oval işarələr göstərilib — ehtimal olunur ki, tərcüməni aktivləşdirmək üçün həmin hissələrə toxunmaq və ya sıxmaq lazım olacaq. Bu zaman sistem ətrafdakı səsləri eşidərək dərhal tərcümə edəcək. Şəkil, iOS-un son beta versiyasında “Tərcüməçi” tətbiqinin fayllarında aşkarlanıb. Həmin betada canlı tərcümə artıq “Telefon”, “Mesajlar” və FaceTime tətbiqlərində mövcuddur.

Yüksək ehtimalla, qulaqlıqlarda tərcümə funksiyasının işləməsi üçün H2 çipi tələb olunacaq — bu çip AirPods Pro 2 və AirPods 4 modellərində mövcuddur. Əlavə olaraq da Apple Intelligence dəstəyi olan iPhone da lazım olacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,924ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -