Samsung yeni nəsil qatlanan smartfonlarını — Galaxy Z Flip7 və onun daha sərfəli versiyası olan Flip7 FE-ni təqdim etdi. Gözlənildiyi kimi, bu modellər irimiqyaslı yeniliklərlə yox, kiçik texniki və dizayn dəyişiklikləri ilə gəldi. Hətta sızan rəsmi promo materiallarda Samsung bu cihazları Z Flip5 ilə müqayisə edir, sanki demək istəyir: “Bununla hələ bir il də davam etmək olar”.

Dizayn və ölçülər
İki model arasında əsas fərqlərdən biri xarici görünüşdə gizlənir:
-
Z Flip7-də xarici ekran kameraları çərçivəyə alır. Qatlanmış halda 85.5 × 75.2 × 13.7 mm / açıq halda 166.7 × 75.2 × 6.5 mm / 188 qram
-
Flip7 FE-də isə klassik “qovluq” dizaynı qalır. Qatlanmış halda 85.1 × 71.9 × 14.9 mm / açıq halda 165.1 × 71.9 × 6.9 mm / 187 qram.
Ekranlar
-
Flip7: Daxili ekran: 6.9″ FHD+ Dynamic LTPO AMOLED. Xarici ekran: 4.1″ Flex Window
-
Flip7 FE: Daxili ekran: 6.7″ FHD+ Dynamic AMOLED 2X, 1–120 Hz. Xarici ekran: 3.4″ — köhnə dizaynda
Prosessor və yaddaş
-
Flip7: Exynos 2500 — 12/256 GB və 12/512 GB
-
Flip7 FE: Exynos 2400 — 8/128 GB və 8/256 GB
Kamera
Kamera sistemləri hər iki modeldə demək olar ki, eynidir:
-
Əsas: 50 MP, f/1.8, 23 mm
-
Ultra geniş: 12 MP, f/2.2, 13 mm
-
Ön kamera: 10 MP, f/2.2, 23 mm
Flip7 modelində əlavə olaraq ProVisual Engine alqoritmi var — şəkil və video keyfiyyətini süni intellektlə yaxşılaşdırır.
Batareya və enerji
-
Flip7: 4300 mA·s və 25W sürətli kabelli enerji
-
Flip7 FE: 4000 mA·s və 15W simsiz enerji
Rənglər
-
Flip7: Qara, tünd göy, çəhrayı, nanə (yalnız onlayn sifariş etmək olar)
-
Flip7 FE: Qara və ağ
Qiymət və satış
-
Flip7 FE — təxminən 770 AZN
-
Flip7 — təxminən 1000 AZN
Maraqlısı budur ki, bu qiymət Z Flip6-dan aşağıdır.
Smartfonların öncədən sifarişi artıq açıqdır, rəsmi satışları isə 25 iyul tarixindən başlayır.