OnePlus şirkəti iki yeni smartfonunu — Nord 5 və Nord CE5 modellərini təqdim edib. Hər iki model əlçatan qiymətə təklif olunmasına baxmayaraq, oyun performansı, sürətli şarj yığımı və müasir kamera imkanları ilə diqqət çəkir.
OnePlus Nord 5
Yeni Nord 5 modeli 6,83 düymlük AMOLED ekran (144 Hz dəyişən tezlik və 1800 nit maksimum parlaqlıq) və Snapdragon 8s Gen 3 prosessoru ilə təchiz olunub. 8 və ya 12 GB LPDDR5X RAM, 256 və ya 512 GB UFS 3.1 yaddaş ilə birlikdə gəlir. Qurğuda 7300 mm²-lik buxarlanma kamerası sayəsində yüksək effektiv soyutma təmin olunur.
Qeymerlər üçün — cihaz Call of Duty Mobile oyununda 144 kadr/saniyə ilə 5 saata qədər oyun vədi verir. Batareya tutumu 6800 mA•s, 80 Vt-lıq SuperVOOC sürətli şarj dəstəklənir. Enerjiyə qənaət və bypass charging texnologiyası da var. Səssiz rejim düyməsinin yerinə proqramlaşdırıla bilən Plus Key əlavə olunub.
Kamera sistemi:
-
Arxa: 50 MP Sony LYT-700 əsas kamera (OIS) + 8 MP ultra-geniş bucaqlı
-
Ön: 50 MP Samsung JN1, 4K/60fps video qeydiyyatı
Digər xüsusiyyətlər:
-
Stereo dinamiklər, IR blaster, Wi-Fi 6, NFC
-
IP65 suya-toza qarşı qoruma
-
Android 15 və Oxygen OS 15 ilə gəlir
-
4 il yeniləmə vədi
OnePlus Nord CE5
Nord CE5 — bir qədər sadələşdirilmiş modeldir. 6,77 düymlük AMOLED ekran (120 Hz, 1430 nit) və ekranaltı barmaq izi skaneri ilə gəlir. Prosessoru MediaTek Dimensity 8350-dir — AnTuTu testində 1,47 milyon bal toplayır. 8/12 GB RAM və 128/256 GB yaddaş seçimi mövcuddur, yaddaş kartı dəstəyi də verilir.
Ən diqqətçəkən məqam: 7100 mA•s tutumlu batareya. OnePlus, bu modelin oyun rejimində 9 saat işləyə bildiyini bildirir. Sürətli şarj gücü — 80 Vt.
Kamera sistemi:
-
Arxa: 50 MP Sony LYT-600 əsas kamera + 8 MP ultra-geniş bucaqlı
-
Ön: 16 MP selfi kamerası
Qiymətlər:
-
Nord 5:
-
8/256 GB — 449 avro
-
12/512 GB — 499 avro
-
-
Nord CE5:
-
8/128 GB — 299 avro
-
8/256 GB — 349 avro
-
Bu yeni modellər, xüsusilə oyun həvəskarları və güclü batareyaya ehtiyacı olanlar üçün maraqlı seçim olacaq.