spot_img
16 июля, 2025
spot_img
ДомойТехнологииСмартфоныKİV: Sony Avropada smartfon bazarını tərk edir

KİV: Sony Avropada smartfon bazarını tərk edir

Finlandiyanın «Suomimobiili» nəşrinin məlumatına görə, Sony şirkəti Avropa smartfon bazarından çəkilməyə hazırlaşır. Artıq bəzi ölkələrdə, o cümlədən Finlandiyada şirkətin cihazlarını almaq mümkün deyil.

Xüsusilə, Sony-nin hazırkı flaqman modeli olan Xperia 1 VII nə şirkətin rəsmi saytında, nə də mobil operatorların təklifləri arasında mövcuddur. Eyni zamanda, köhnə Xperia modelləri də satışdan çıxarılıb. Sony rəsmiləri Xperia 1 VII modelinin Finlandiyada satışa çıxarılmayacağını təsdiqləyiblər.

“Xperia 1 VII Finlandiyada Sony-nin rəsmi saytında satışda deyil. Biz bazarın gəlirliliyini və tələbatı daim qiymətləndiririk. Hazırda əsas diqqətimizi onlayn satış kanallarına yönəltmişik ki, müştərilərimiz üçün alış prosesi daha rahat olsun. Xperia 1 VII modelini bəzi Avropa ölkələrində Sony-nin rəsmi onlayn mağazasından və Amazon platforması vasitəsilə almaq mümkündür,” – deyə Sony-nin Suomimobiili-yə verdiyi açıqlamada bildirilir.

Şirkət, həmçinin Xperia istifadəçilərinə dəstəyin davam edəcəyini, o cümlədən proqram təminatının yenilənmələrinin veriləcəyini də vurğulayıb.

Bununla belə, yalnız Suomimobiili deyil, internetdəki bir neçə digər mənbə də Sony-nin Avropa bazarını tamamilə tərk etməyə hazırlaşdığını və bu prosesin ilk mərhələsinin Finlandiyada başladığını bildirir. Bundan əvvəl isə Xperia 1 VII modelinin satışının proqram təminatı ilə bağlı problemlərə görə dayandırıldığı barədə məlumat yayılmışdı.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,928ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -