iPhone 17 Air modeli titandan hazırlanmış gövdə ilə təqdim oluna bilər. Daha əvvəl analitik Min-Çi Kuo tərəfindən qeyd olunan bu iddia indi də 9to5Mac vasitəsilə tanınmış mütəxəssis Ceff Pu tərəfindən təsdiqlənib. Kuo hələ əvvəlki hesabatında iPhone 17 Air modelinin korpusunun alüminium və titanın qarışığından hazırlanacağını bildirmişdi. Bununla belə, titanın miqdarı Pro modellərlə müqayisədə daha az olacaq.
Bunun fonunda iPhone 17 Pro və Pro Max modellərinin alüminium korpus ilə gələcəyi ilə bağlı yayılan şayiələr, «Air» modelində titandan istifadə olunması fikrini bir qədər qəribə və məntiqsiz edir. Axı titan, alüminiumdan ağırdır və bu fakt nazik və yüngül olacaq iPhone 17 Air konsepsiyasına uyğun gəlmir. Digər tərəfdən, bu, Apple-ın qəsdən yaratdığı bir “optik illüziya” ola bilər.
9to5Mac yazarı ehtimal edir ki, Apple Pro modellərə paslanmayan poladdan hazırlanmış korpusları geri qaytara bilər. Bu yanaşma həm şirkətin premium cihaz strategiyasına uyğundur, həm də çəkidə daha ağır Pro modelləri fonunda iPhone 17 Air modelini daha yüngül və zərif göstərmək üçün əla marketinq gedişi ola bilər.