spot_img
4 июля, 2025
spot_img
ДомойТехнологииСмартфоныApple qatlanan iPad layihəsini dondurdu, diqqətini iPhone Fold-a yönəltdi

Apple qatlanan iPad layihəsini dondurdu, diqqətini iPhone Fold-a yönəltdi

Apple, böyük qatlanan ekranlara malik cihazlara istifadəçi marağının az ola biləcəyini və layihənin çox baha başa gəldiyini nəzərə alaraq, qatlanan iPad üzərində işi dayandırıb. Bunun əvəzində şirkət artıq qatlanan iPhone modelinin ilkin testlərinə başlayıb, — deyə DigiTimes Asia xəbər verir.

İyundan etibarən P1 mərhələsi (Prototype 1) start götürüb. Bu, hələ hazır məhsulun yox, ilk prototipin sınaqdan keçirilməsi deməkdir. Adətən Apple hər mərhələdə 2–3 ay test aparır və yekunda cihazı Engineering Verification Test (EVT) mərhələsinə çatdırır. Əgər plan dəyişməzsə, ilk qatlanan iPhone-un 2026-cı ilin payızında təqdimatı mümkün ola bilər.

Daha əvvəl analitik Min-Çi Kuo da eyni tarixlərə qatlanan iPhone-un gələcəyini proqnozlaşdırmışdı — görünür ki, planlar hələlik üst-üstə düşür.

İndiyə qədər məlum olan detallara görə, bu cihaz Flip yox, Fold formatında olacaq — yəni kitab kimi açılıb-bağlanan. Bağlı halda ekran ölçüsü 5.5 düym, açıq vəziyyətdə isə 7.8 düym olacaq. Qatlanmış vəziyyətdə qalınlığı 9.5 mm, açıldıqda isə 4.5 mm təşkil edəcək. Korpusun içində yer məhdud olduğu üçün Face ID əvəzinə Touch ID geri qayıdacaq. Kameralar isə yüksək səviyyədə olmayacaq — sadəcə əsas funksiyaları yerinə yetirəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,931ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -