spot_img
24 июня, 2025
spot_img
ДомойТелекомСобытияXiaomi Pad 7S Pro və digər yeniliklərin təqdimat tarixi açıqlandı

Xiaomi Pad 7S Pro və digər yeniliklərin təqdimat tarixi açıqlandı

Xiaomi şirkəti böyük təqdimat tədbirinin tarixini açıqlayıb. Bu tədbirdə şirkət bir sıra yeniliklərini nümayiş etdirməyi planlaşdırır. Təqdimat zamanı yalnız yeni cihazlar deyil, həm də Xiaomi brendinə aid elektrik avtomobili və Redmi məhsulları gözlənilir.

Rəsmi təqdimat 26 iyun tarixində baş tutacaq. Yeni məhsullar arasında Xiaomi YU7 krossoveri, Xring O1 çipi ilə təchiz olunmuş Pad 7S Pro planşeti, həmçinin Redmi K80 Ultra flaqman smartfonu və Redmi K Pad adlı kompakt planşet yer alacaq.

Məşhur insayder Digital Chat Station əlavə olaraq bildirib ki, təqdimatda qatlanan Mix Flip 2 smartfonu, Xiaomi AI Glasses ağıllı eynəkləri, Open Earphones Pro qulaqlıqları, Band 10 fitnes-trekeri, 41 mm ölçülü Watch S4 ağıllı saatı və adı açıqlanmayan sirli bir cihaz da təqdim oluna bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,933ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -