Redmi brendi yaxın zamanda Redmi Pad 2 planşetinin qlobal bazara çıxacağını rəsmən elan edib. Şirkət təqdimat tarixi, mövcud rəng variantları və əsas texniki göstəricilər barədə məlumat verən bir neçə rəsmi tizer paylaşıb.
Redmi Pad 2 – əsas xüsusiyyətlər
Yeni planşet 11 düymlük, 2.5K təsvir ölçülü və 90 Hz yeniləmə tezliyinə malik ekranla təchiz olunacaq. Qurğunun texniki əsasını Helio G100 Ultra prosessoru təşkil edir. Qurğuya 8 GB RAM və 256 GB-a qədər daxili yaddaş əlavə olunub.
Səs keyfiyyətinə xüsusi diqqət yetirilib — Redmi Pad 2 Dolby Atmos texnologiyalı güclü dinamik sisteminə sahibdir. Əsas kamera 8 MP, ön kamera isə 5 MP-dir. Akkumulyator tutumu isə 9000 mAh təşkil edir və 18 Vt sürətli şarjı dəstəkləyir.
Avropa bazarı üçün satış detalları
Rəsmi görüntülərə əsasən, Avropa alıcıları Redmi Pad 2-ni 5 iyun tarixindən etibarən əldə edə biləcəklər. Qurğu tünd boz və göy rənglərdə təqdim olunacaq.
-
Wi-Fi versiyası yalnız 4/128 GB konfiqurasiyasında satışa çıxarılacaq və qiyməti 199 avro təşkil edəcək.
-
4G dəstəkləyən model isə 8/256 GB yaddaşla təqdim olunacaq və 299 avroya satılacaq.