spot_img
10 июня, 2025
spot_img
ДомойТехнологииСмартфоныHUAWEI yeni kamera imkanları ilə Pura 80 seriyasını anons etdi

HUAWEI yeni kamera imkanları ilə Pura 80 seriyasını anons etdi

HUAWEI, Çində 11 iyun tarixində baş tutacaq Pura 80 smartfon seriyasının təqdimatını elan edib. Təqdimatdan öncə yayımlanan tanıtım videosunda cihazın kamera imkanları nümayiş olunub. Videoda konsertin uzaq məsafədən çəkilişi göstərilir.

Çarxda kameranın dörd böyütmə səviyyəsi nümayiş olunur: 1x (24 mm), 2x (48 mm), 3.7x (89 mm) və 10x (240 mm). Bu isə cihazda 24 mm-lik ultra geniş bucaqlı obyektiv və 3.7x optik yaxınlaşdırma qabiliyyətinə malik 89 mm-lik teleobyektiv olduğunu göstərir.

Bundan əlavə, Pura 80 Pro+ modelinin dizaynı da təqdim olunub. Bu model əvvəlki nəsil Pura 70 Pro+ cihazına bənzəyir, lakin kamerasının daha çıxıntılı dizaynı ilə fərqlənir.

Gözlənilir ki, seriyaya dörd model daxil olacaq: Pura 80, Pura 80 Pro, Pura 80 Pro+Pura 80 Ultra. Məlumatlara görə, Pura 80 Ultra modeli SmartSens şirkətinə məxsus 1 düymlük görüntü sensoru, dəyişən diyaframlı geniş bucaqlı kamera və iki fokus məsafəsinə malik teleobyektiv ilə təchiz olunacaq.

HUAWEI Pura 80 seriyasının rəsmi təqdimatı 11 iyun tarixində keçiriləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,940ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -