Google, BestPhonesForever adlı yumoristik reklam kampaniyası çərçivəsində yeni video yayımlayıb. Bu dəfə şirkət iOS 26 ilə gələn funksiyaları incə şəkildə lağa qoyur. Hər zaman olduğu kimi, videoda Pixel və iPhone arasında maraqlı bir «dialoq» gedir və burada Google-un üstünlüyü gizlədilmədən vurğulanır.
Süjetə görə, iPhone fəxrlə iOS 26-nın yeni funksiyalarını sadalayır: real vaxtda mesaj və zənglərin tərcüməsi, ağıllı zəng filtrləmə və ağıllı gözlətmə funksiyası. Amma məlum olur ki, bütün bu xüsusiyyətlər Pixel cihazlarında hələ 5 il əvvəl mövcud idi. Beləliklə, Apple köhnə texnologiyaları yenilik kimi təqdim etməyə çalışır.
Videonun sonunda iPhone maraqla soruşur: “Pixel 10 üçün nə üzərində işləyirsən? Elə sadəcə maraq üçün soruşuram…” — və bu cümlə ilə video bitir. Maraqlıdır ki, Google nədənsə Android 16-da təqdim edilən «canlı bildirişlər» funksiyasının iOS 16-dakı Live Activities funksiyasının birbaşa surəti olduğunu dilə gətirmir. Halbuki vaxtilə iPhone-da qulaqcıq çıxışının olmamasını tənqid edən Google, bir il sonra özü də həmin çıxışı cihazlarından çıxarmışdı.
Google hələlik Pixel 10 modelinin təqdimat tarixini açıqlamasa da, insayderlər təqdimatın avqust ayının ortalarında baş tutacağını bildirirlər.