Disney və Universal Pictures şirkətləri süni intellekt vasitəsilə şəkillər yaradan Midjourney platformasına qarşı məhkəmə iddiası qaldırıblar.
İddia sənədində deyilir ki, Midjourney neyroşəbəkəsi bu studiyalara məxsus “Minions”, “Shrek”, “Simpsons”, “Star Wars” və MARVEL-in “Avengers” kimi məşhur personajlarının görüntülərini yaradır və nümayiş etdirir.
Şirkətlərin hüquqşünaslarının sözlərinə görə, Midjourney həmin filmlər və cizgi filmlərindən səhnələr üzərində neyroşəbəkəni təlimləndirərək müəllif hüquqlarını pozub.
Artıq istifadəçilərin konkret personaj adı çəkməsinə belə ehtiyac yoxdur — məsələn, “işıq qılıncı olan kişi, film səhnəsi” kimi ümumi sorğular da nəticədə Luka Skayuoker obrazına bənzər şəkillər yaradır.
Disney və Universal hər müəllif hüququnu pozan şəkil üçün 150 000 dollar kompensasiya tələb edir. Bu məbləğ Midjourney-in fəaliyyətini tamamilə dayandıracaq qədər böyük ola bilər.
İşə Kaliforniyada yerləşən ABŞ Federal Dairə Məhkəməsi baxacaq.