AirPods-un dördüncü nəsli və AirPods Pro 2 istifadəçiləri artıq baş hərəkətləri ilə səs səviyyəsini tənzimləyə və aktiv səsboğucu funksiyanı (noise cancelling) işə sala biləcəklər. Bu barədə 9to5Mac portalından Markos Mendes məlumat verib. Yeni imkanlar bu payız təqdim olunacaq iOS 26 ilə birlikdə istifadəyə veriləcək.
AirPods həmçinin iPhone kamerasının çəkim düyməsini toxunuşla işə sala biləcək. Video çəkilişi zamanı isə “Audio Mix” parametrlərini dəyişmək mümkün olacaq – istifadəçi “Kadrda”, “Studiya” və “Kino effekti” rejimləri arasında seçim edə biləcək. Bu funksiyalar hazırda son model iPhone-larda mövcuddur.
Bundan əlavə, yaz aylarında Mark Qurman bildirmişdi ki, AirPods real vaxtda danışığı tərcümə edə biləcək — yəni qulaqlıqlar sinxron tərcümə funksiyası da qazanacaq.
Bütün bu yeniliklər iyunun 9-da keçiriləcək WWDC25 tədbirində rəsmi olaraq təqdim ediləcək.