Xiaomi cəmi 8,7 mm qalınlığında olan yeni portativ enerji blokunu (powerbank) təqdim edib. Kompakt ölçüsü və maqnitlə birləşmə xüsusiyyəti sayəsində bu cihaz smartfona asanlıqla yapışır. Enerji bloku alüminium korpusda hazırlanıb və bir neçə rəng seçimi ilə təqdim olunub.
Powerbank-ın batareya tutumu 5000 mAh təşkil edir. O, 7,5 Vt gücündə maqnitli simsiz şarjı dəstəkləyir. Bundan əlavə, USB Type-C portu vasitəsilə 22,5 Vt-a qədər sürətli enerji çıxışı mümkündür — bu da eyni anda iki cihazı enerji ilə təmin etməyə imkan verir.
Cihazın quruluşunda 826 mm² sahəyə malik qrafenli istilikötürən qat istifadə olunub. Bu qat simsiz şarj zamanı qızmanı azaldır. Həmçinin powerbank həddindən artıq qızma və yüklənməyə qarşı qoruma sistemləri ilə təchiz olunub, bu da istifadə zamanı təhlükəsizliyi artırır.
Yeni powerbank artıq Çində 169 yuan (təxminən 24 ABŞ dolları) qiyməti ilə satışdadır.