spot_img
21 апреля, 2026
ДомойТехнологииСмартфоныVivo şirkəti V50 Elite Edition modelinin təqdimat tarixini açıqladı

Vivo şirkəti V50 Elite Edition modelinin təqdimat tarixini açıqladı

Vivo şirkəti V50 seriyasına daxil olacaq daha bir yeni smartfonun – V50 Elite Edition modelinin tezliklə təqdim olunacağını elan edib. Bu model artıq mövcud olan əsas V50 və V50e versiyalarına qoşulacaq.

Rəsmi məlumat, “X” sosial şəbəkəsində yayımlanan video-tizervasitəsilə paylaşılıb. Vivo V50 Elite Edition modelinin rəsmi təqdimatı 15 may tarixində baş tutacaq.

Hazırda texniki xüsusiyyətlər barədə ətraflı məlumat verilməyib. Smartfonun tam görünüşü də hələlik gizli saxlanılır – təqdim olunan videoda yalnız arxa kameranın bloku, Zeiss loqosu və işıqda parıldayan model adı görünür.

Tizerə əlavə olunan mətndə isə diqqət çəkən mesajlar verilir: istehsalçı «cəzbedici portretlər» və «ətrafı bürüyən səs» vəd edir, qeyd edir ki, “bu sadəcə bir smartfon deyil”.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,781ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -