Google və Samsung-un birlikdə hazırladığı XR qurğusu – Project Moohan – haqqında ilk texniki detallara rəsmi təsdiq gəlib. Məşhur insayder @yabhishekhd tərəfindən aşkarlanan benchmark məlumatlarına əsasən, cihaz Qualcomm-un Snapdragon XR2+ Gen 2 prosessoru və 16 GB əməli yaddaş ilə təchiz olunacaq. Qurğu üçün Android 14 əməliyyat sistemi genişlənmiş və virtual reallıq üçün uyğunlaşdırılıb.
Snapdragon XR2+ Gen 2 çipi 2024-cü ilin əvvəlində təqdim olunub və gelişmiş XR texnologiyaları üçün xüsusi olaraq hazırlanıb. Bu prosessor:
-
rəngli “passthrough” rejimində ətraf mühitin görüntüsünü dəstəkləyir,
-
Wi-Fi 7 texnologiyası ilə minimal gecikmə təmin edir,
-
Space Warp texnologiyası vasitəsilə uzunmüddətli istifadədə narahatlığı azaldır.
Project Moohan-ın bu çiplə işləyəcəyi daha öncə güman edilirdi, lakin artıq bu məlumat rəsmi şəkildə təsdiqlənib.
Google I/O 2025 sərgisində jurnalistlərə cihazın ilkin prototipi təqdim olunub. Ən diqqətçəkən xüsusiyyət isə Gemini AI neyroşəbəkəsinin inteqrasiyası olub. Demo rejimində sistem kameradan istifadə edərək ağac növünü tanıyıb və dərhal onun haqqında məlumat göstərib.
Hazırlayanların sözlərinə görə, Project Moohan genişlənmiş reallığın bütün formatlarını bir araya gətirəcək — tam virtual aləmdən tutmuş fiziki mühit üzərinə rəqəmsal obyektlərin yerləşdirilməsinə qədər.
Bundan əlavə, şirkətlər Android XR platforması üçün yeni məhsullar üzərində də işləyirlər, o cümlədən də AR funksiyalı ağıllı eynəklər. Gözlənilir ki, Project Moohan da daxil olmaqla ilk modellər 2025-ci ilin ikinci yarısında satışa çıxarılacaq.