spot_img
28 мая, 2025
spot_img
ДомойТехнологииСмартфоныGalaxy Z Flip7 gözlənildiyi qədər güclü olmayacaq

Galaxy Z Flip7 gözlənildiyi qədər güclü olmayacaq

Samsung-un növbəti qatlana bilən smartfonu Galaxy Z Flip7 haqqında yayılan şayiələr öz təsdiqini tapmaqda davam edir. Cihaz artıq təqdim olunmamışdan əvvəl Geekbench test platformasında görünüb. Sınaqlar zamanı yalnız prosessor gücü yox, həm də əsas texniki xüsusiyyətlər ortaya çıxıb.

Məlum olub ki, Galaxy Z Flip7 (model nömrəsi SM-F766U) 12 GB RAM ilə təchiz olunub və test nəticələri belədir:

  • Birnüvəli rejimdə: 2012 bal

  • Çoxnüvəli rejimdə: 7563 bal

Müqayisə üçün, Qualcomm-un flaqman çipi ilə təchiz olunan Galaxy S25 eyni testlərdə 3220 və 10 223 bal toplayır. Bu, Z Flip7-nin performans baxımından bir qədər geri qalacağını göstərir.

Artıq 2024-cü ilin dekabrında Cənubi Koreya mediası (Chosun və daha sonra Seoul Economic Daily) Galaxy Z Flip7 modelinin Exynos 2500 prosessoru ilə gələcəyini yazmışdı. Bu məlumat indi test nəticələri ilə də təsdiqlənmiş olur.

Maraqlısı budur ki, Galaxy Z Fold7 modelinə dair belə bir məlumat yoxdur – gözləntilərə görə, bu cihaz Snapdragon 8 Elite çipi ilə təchiz ediləcək. Hazırda Samsung tərəfindən rəsmi açıqlama verilməyib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,946ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -