Bloomberg-dən Mark Gurmanın verdiyi məlumata görə, Apple, 2025-ci ilin ikinci yarısında M5 çipinə sahib MacBook Pro və iPad Pro modellərini təqdim edəcək. Cihazların kütləvi istehsalına bir neçə ay sonra başlanacaq.
Bu il böyük dizayn dəyişiklikləri gözlənilmir. Apple, yalnız 2026-cı ildə M6 çipli model ilə birlikdə MacBook-ların xarici görünüşünü ciddi şəkildə yeniləyəcək. Eyni zamanda, MacBook istifadəçiləri, Big Sur versiyasından sonra macOS interfeysindəki ən böyük yenilənmə ilə sevinecəklər. M5 çipli MacBook Air isə 2026-cı ilə təsdiqlənib.