4SİM və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə Bakıda 3 günlük intensiv «CryptoA2Z» təlimləri keçiriləcək.
Bu təlim proqramı, kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyən həmçinin bu sahəni yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Təlimlər 2025-ci ilin aprel ayının 25, 26 və 27-i tarixlərində təşkil olunacaq.
Tədris proqramında əhatə olunacaq əsas mövzular:
- Kriptovalyuta nədir? Tarixi və əsas anlayışlar;
- Blokçeyn necə işləyir? (Desentralizasiya, tranzaksiyalar və s.);
- Binance ekosisteminə giriş;
- Kripto təhlükəsizliyi: Fırıldaqçılıqlardan necə qorunmalı?
- Memkoinlər, DeFi, NFT və Web3 haqqında ilkin məlumat;
- Öz kripto hesabınızı necə yaratmalı;
- Kriptonun real həyatda tətbiqi;
- Bu sahədə karyera imkanları və startap qurmaq.
Proqram interaktiv formada keçiriləcək – oyunlar, viktorinalar, sual-cavab sessiyaları və iştirakçılar üçün xüsusi həvəsləndirici tapşırıqlar nəzərdə tutulub. Təlimin sonunda aktiv iştirakçılar “Binance” şirkətindən hədiyyələr, platformada depozit fürsətləri və digər sürprizlərlə mükafatlandırılacaqlar.
Tədbirin məqsədləri:
- Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək;
- Yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirmək.
Təlim ingilis dilində keçiriləcək. Təlimin sonunda iştirakçılara rəsmi sertifikat təqdim ediləcək.
İştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://meetup.binance.events/e/azerbaijan-education