ABŞ-ın Milli Reklam Bölməsi (NAD) Apple şirkətindən rəsmi saytında “Apple Intelligence” bölməsində yerləşdirilmiş “İndi mövcuddur” (Available Now) ifadəsini silməsini tələb edib.
Rəsmi açıqlamada bildirilir ki, Apple bu ifadə ilə yeni cihazların alıcılarını yanlış yönləndirib. Belə ki, bu cümlə bütün süni intellekt funksiyalarının iPhone 16 və iPhone 16 Pro modellərinin təqdimatı zamanı artıq istifadəyə hazır olduğu təəssüratını yaradırdı.
Buraya aşağıdakı funksiyalar daxildir:
-
Prioritet bildirişlər
-
Image Playground
-
Genmoji
-
“Sehrli çubuq” (Magic Wand)
-
ChatGPT ilə inteqrasiya
NAD vurğulayır ki, Apple bu funksiyaların mərhələli şəkildə təqdim ediləcəyini bildirsə də, bu barədə məlumat yetərincə aydın və gözə çarpan olmayıb.
Bundan əlavə, NAD-ın yeni Siri ilə bağlı da sualları var: иu versiya hələ istifadəçilər üçün əlçatan deyil, eləcə də bir çox vəd edilmiş funksiyaların ümumiyyətlə istifadəyə verilib-verilməyəcəyi də qeyri-müəyyəndir.
Nəticədə, Apple həmin ifadəni saytından rəsmi şəkildə silmək məcburiyyətində qalıb.