spot_img
6 марта, 2025
ДомойТелекомСобытияİlk Azərbaycan universiteti və yerli təşkilat DİF-in "Strategic Intelligence" platformasına qoşuldu

İlk Azərbaycan universiteti və yerli təşkilat DİF-in «Strategic Intelligence» platformasına qoşuldu

4SİM-in Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığı çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) və İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Forumun “Strategic Intelligence” (Strateji zəka) platformasına məzmun təminatçısı kimi üzv olublar.

BMU “Strategic Intelligence” platformasında məzmun təminatçısı statusunu alan ilk Azərbaycan universiteti, CESD isə ilk yerli təşkilatdır.

Qeyd edək ki, platformanın qeydiyyatdan keçmiş istifadəçi sayı 1 milyondan çoxdur. Burada Harvard, Yel, Oksford universitetləri və KAİST də daxil olmaqla 400-dən çox məzmun yaradan akademik tərəfdaş var.

“Strategic Intelligence” yüzlərlə qlobal problemlərin və onların qarşılıqlı xəritəsini özündə birləşdirən platformadır. Süni intellekt əsaslı bu platforma hər hansı bir mövzuda əsas məsələlər üzrə daha geniş perspektivli məlumatlar əldə etməyə və həmin mövzularla bağlı əsas tendensiyaları başa düşməyə imkan verir. Məlumat “transformation map” adlanan interaktiv, dinamik məlumat vizuallaşdırması şəklində təqdim olunur. Transformasiya Xəritələri ümumilikdə 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər qlobal problemlər arasında əlaqələri araşdırmağa və anlamağa kömək edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,966ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -