Mark Qurmanın son hesabatına görə, Apple, qatlanan smartfon ekranınşn üzərində qırışların yaranmasının qarşısını almağa kömək edəcək maye metal menteşe ilə təchiz edilmiş yeni iPhone üzərində işləyir.
Yeni iPhone-un Samsung Galaxy Z Fold-a bənzər bir dizayna sahib olacağı gözlənilir. Həmçinin qeyd olunur ki, qatlanan iPhone-da ultra nazik iPhone 17 Air (cəmi 5,5 mm qalın) üçün hazırlanmış texnologiyalardan istifadə ediləcək ki, bu da gələcək cihazın yığcamlığından xəbər verir.
Dəqiq proqnozları ilə tanınan Ming-Chi Kuo da bu yaxınlarda qatlana bilən iPhone-un inkişafını təsdiqlədi. Analitik qeyd edib ki, bu, Android istehsalçılarının əməl edəcəyi qatlanan displeylər üçün yeni standart təyin edə bilər. Onun sözlərinə görə, qatlanan iPhone xarici 5,5 düymlük və daxili 7,8 düymlük ekrana sahib ola bilər.
Hal-hazırda Apple qatlanan iPhone-un texniki xüsusiyyətlərini açıqlamayıb. Bununla belə, Gurman cihazın təxminən 2000 dollara başa gələ biləcəyini və satışa çıxarılan zaman məhdud miqdarda əldə edilə biləcəyini təklif edir. Qatlana bilən iPhone-un 2026-cı ilin dördüncü rübündə istehsalına başlanacağı, təqdimatı isə 2027-ci ilin əvvəlində gözlənilir (ehtimal ki, iPhone 18 seriyası ilə birlikdə).