Yeni ASUS Zenbook A14 (UX3407) — Las-Vegasda keçirilən CES 2025 çərçivəsində sərgilənən qurğular arasında hitə çevrilib. Noutbuk, rekord avtonom iş müddəti, OLED displey və Snapdragon X prosessoru olan ən yüngül 14 düymlük noutbuklardan biridir
Süni intellekt (AI) dönəmi ilə əlaqədar olaraq, hazırda noutbuk bazarı həyacan içindədir. 2024-cü ildə başlayan qabaqcıl AI funksiyalarına malik portativ cihazların təqdimat silsiləsi bu günə qədər davam edir. ASUS şirkəti də bu tendensiyanın irəliləməsində fəal iştirak edir. Peşəkarların, yaradıcı insanların və tələbələrin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş ASUS Zenbook A14 (UX3407), bazarda ən innovativ və səmərəli noutbuklardan biridir.
Universal yoldaş olan bu noutbuk, seqment üzrə rəqiblərin nümayiş etdirə bilmədiyi güc və daşınma imkanlarının birləşməsini təklif edir. Ən müasir Qualcomm Snapdragon X prosessoru, böyük həcmli yaddaş və davamlı avtonom iş qabiliyyəti sayəsində, Zenbook A14 müxtəlif növ tapşırıqların öhdəsindən asanlıqla gəlmək üçün nəzərdə tutulub. Cəmi 980 qram çəkisi və 15,9 mm qalınlığı olan bu yüksək məhsuldarlığı olan portativ qurğu, irihəcmli və ağır noutbuklarla rəqabət aparmağa qadirdir.
Gəlin etibarlı, yüngül, lakin güclü ASUS Zenbook A14-ü təfərrüatlı şəkildə nəzərdən keçirək.
Ultrayüngül və ultraportativ
ASUS Zenbook A14 (UX3407) yüngül noutbuklar dünyasında yeni standart müəyyən edir. Bu, Copilot+ PC konsepti üzərində qurulmuş ən yüngül noutbuk olduğundan, dayanıqlığı itirmədən daşınma qabiliyyətini qiymətləndirən istifadəçilər üçün əla seçimdir. Onun yüngül, lakin davamlı konstruksiyasının sirri, qapağın, tamölçülü klaviatura çərçivəsinin və korpusun alt hissəsinin yüksək texnologiyalı Ceraluminum adlı keramik alüminiumdan hazırlanmasındadır.
Ceraluminum yüngül, lakin son dərəcədə möhkəm, cızığa və zərbəyə davamlı olmaqla yanaşı, həm də üzərində iz buraxmır. Bu material ənənəvi alüminiumdan 30% daha yüngül və 3 dəfə möhkəmdir. Cızıq, zərbə və köhnəlməyə qarşı davamlılıq sınaqlarından keçən Ceraluminiumun möhkəmliyi təsdiqləndiyindən, Zenbook A14-ü daimi hərəkətdə olan istifadəçilər üçün əsl etibarlı yoldaş hesab etmək olar. Mövcud Zabriskie Beige və Iceland Grey rənglərində təklif olunan noutbuk, qadcetlərinin estetikasına və ekoloji təmizliyinə dəyər verən istifadəçilər üçün dəbli seçim edir. Bu arada, hər iki rəng korpusun rənglənməsi nəticəsində deyil, Ceraluminiumun yaradılması zamanı keramikləşmə zamanı əldə edilir. Beləliklə, təsadüfi cızıq zamanı, boyanın altında metal zolaq yaranmayacaq.
Güclü akumulyator
Çəkisinin azlığına baxmayaraq, noutbuk 70 VTs həcmli batareyadan istifadə edir. Ultra yüngül və portativ qurğular üçün standart 50 VTs civarında olduğu halda, bu növ akumulyatorlar adətən daha iri noutbuklarda tətbiq olunur. Qualcomm-un Snapdragon X prosessorları ilə birləşməsinin nəticəsi kimi (Zenbook A14 konfiqurasiyalarına ya yeni Snapdragon X Elite X1E-78-100, ya da Snapdragon X X1-26-100 daxildir), bu model aşağıdakı imkanları nümayiş etdirir:
- 32 saata qədər video izləmək;
- 19,5 saata qədər veb-serfinq;
- 28 saata qədər internetdə video axınına baxmaq.
19,5 saata qədər veb-serfinq kimi bir iş qabiliyyəti olduqca vacib göstəricidir. İstifadəçi, qurğunu qidalandırmadan, İnternetdə məlumatlarla işləmək, səhifələri açmaq, qrafikləri yükləmək kimi üstünlüklər əldə edir. Əsasən də nəzərə alsaq ki, hazırda istifadəçilərin əksəriyyəti noutbuklardan məhz bu məqsədlərlə istifadə edir, sözügedən imkanlar olduqca aktualdır. Çoxsaylı araşdırmalar göstərir ki, noutbukdan istifadə müddətinin 50%-dən çoxu brauzerlə işləmək üçün nəzərdə tutulub. Qualcomm Snapdragon X prosessoru sayəsində noutbukun iş sürəti elektrik enerjisinə qoşulub-qoşulmamasından asılı deyil.
Ən yeni Qualcomm Snapdragon X X1-26-100 prosessoru
Əgər ASUS-un Snapdragon X Elite X1E-78-100 prosessoru əsasında çalışan ilk noutbuku ötən ilin ortalarında təqdim olunan ASUS VivoBook S 15 idisə də, Qualcomm Snapdragon X X1-26-100-ın təqdimatı da CES 202 çərçivəsində baş tutub.
Bu, Snapdragon X Plus və ya X Elite-dən daha zəif çip, eyni zamanda daha əlçatan olduğundan, onun daxil olduğu konfiqurasiyadakı ASUS Zenbook A14 (UX3407) noutbuku daha ucuz satılır. Maraqlı orasıdır ki, texniki məhsuldarlıq baxımından bu prosessor Snapdragon X Plus kiçik modelindən demək olar ki, fərqlənmir.
O, eyni 8 CPU nüvəsinə, 30 MB keş yaddaşa, 1.7 TFLOPS-lu GPU-ya və 45 TOPS performansa malik Qualcomm AI Engine NPU-ya malikdir. Yeganə fərq Zenbook A14-ün artırılmış tezliyi dəstəkləməməsindədir. Snapdragon X X1-26-100 üçün tezlik 2,98 GHz-a bərabərdir. Platforma 4 nanometr texproses normativlərinə uyğun istehsal olunur. Prosessor, yüksəksürətli ikikanallı LPDDR5X-8533 yaddaşını, M.2 formatlı 1 TB-a qədər tutumlu sürətli PCIe SSD disklərini dəstəkləyir. ASUS mühəndisləri isə bu imkanlardan əsaslı şəkildə yararlanıblar. Qualcomm FastConnect 7800 Wi-Fi 7 simsiz modulu isə əvvəlki nəsil moduldan demək olar ki, 5 dəfə tez işləyir.
Lumina OLED texnologiyası aktuallığını itirmir
2023-cü ildən başlayaraq ASUS şirkəti öz noutbuklarına ASUS Lumina OLED texnologiyasını inteqrasiya edir. Texnologiya bu günə qədər ən qabaqcıl texnologiyalardan biri olaraq qalır. Yeni ASUS Zenbook A14 (UX3407) noutbukunda da nazik NanoEdge çərçivələri, 1920×1200 piksel icazəsi, möhtəşəm parlaqlıq, canlı rənglər və 16×10 tərəf nisbəti ilə premium-sinif 14” OLED paneldən istifadə edilir. Bu OLED panel adi IPS-matrisları ilə müqayisədə dərin və təmiz qara rəng, həqiqi HDR dəstəklənməsi kimi real üstünlüklərə malikdir.
Bu texnologiyanın hər piksel üzrə alt işığı, Dolby Vision-u da dəstəkləyən kontrast nəzarəti üçün olduqca uyğundur. Təsdiqlənmiş Pantone rənglər, TUV Rheinland Low Blue işığı və SGS sertifikatları, həmçinin 600 nit-ə qədər pik parlaqlıq, ASUS Zenbook A14 displeyinin xüsusi aydınlıq və canlılığını təmin edir. Dolby Atmos səsli, Harman Kardon sertifikatlı cüt dinamiklər videokontentin izlənmə kefini artırır, süni intellekt elementlərinə malik ASUS AiSense veb kamerası və mikrofonlar massivi ilə ASUS AI Noise-Canceling intellektual səsboğma sistemi ilə yüksək keyfiyyətli video zəngləri təmin edir. Bu arada, firmaya məxsus xüsusi EasyLift ekran şarniri sayəsində displeylə üst qapaq asanlıqla hətta bir barmaqla açılsa da, displey etibarlı şəkildə sabitlənir.
Süni intellekt dövrünə uyğun həllər
Beləliklə, ASUS noutbukları xəttinə Copilot+ P-nin bütün üstünlükləri ilə təmin edilmiş daha bir qurğusu əlavə edilib. ASUS noutbuklarının təchiz olunduğu süni intellekt funksiyaları haqqında artıq kifayət qədər məlumat təqdim edtmişik. ASUS Zenbook A14 (UX3407) yüksək məhsuldarlıqlı, estetik görünüşə və uzunömürlü avtonom iş qabiliyyətinə malik yeni cihazlar sinfi kimi təsnif olunduğu üçün, üstünlüklərini bir daha qeyd etmək qərarına gəldik. Məsələn, Copilot+PC-nin 2.0 versiyasının yenilənmiş süni intellekt kompleksinin funksiyaları arasında yenilənmiş Recall sənəd, poçt və kompüterin istifadə tarixcəsi üzrə veb-səhifə axtarışı proqramı; Windows-un fayl və tənzimləmələr üzrə təbii dildə intellektual axtarış imkanı; mətn və təsvirlərin işlənməsi tapşırıqlarına sürətli giriş Click to Do funksiyasını da özündə birləşdirir. Microsoft-un Süni intellektə aid yaradıcı funksiyalarına gəlincə, Cocreator tətbiqi adi rəsmi bədii illustrasiyaya çevirmək qabiliyyəti ilə təchiz edilib, Photos tətbiqi Restyle Image və Image Creator funksiyaları ilə zənginləşdirilib, Paint tətbiqinə isə generativ rəngləmə və arxa fonun pozulması kimi imkanlar əlavə edilib. Copilot+ süni intellekt funksiyaları arasında Live Captions sinxron tərcümə və videozənglər üçün Windows Studio studiya effektləri də yer alıb. 2025-ci ildən etibarən, süni intellekt Microsoft 365 proqramlar paketində də tətbiq olunmağa başlayıb.
ASUS-un süni intellekt üzərində yaradılan şəxsi tətbiqləri də olduqca maraqlı və faydalıdır. Məsələn, StoryCube, bulud və lokal saxlancda foto və videoların sürətli axtarışı, yüklənməsi/endirilməsi və sıralaması üçün nəzərdə tutulub. İnternet bağlantısı tələb etmədən şəkillər yaradan, MuseTree tətbiqi eyni zamanda tapşırığın yalnız mətn daxil edilməsini deyil, həm də ideyalar xəritəsini və hətta əl eskizlərini dəstəkləyir. Bundan əlavə, ASUS Zenbook A14 təhlükəsizlik və səs keyfiyyəti üçün quraşdırılmış proqramları, məhsuldarlığın optimallaşdırılması, smartfona bağlantını, diaqnostika və texniki dəstəkdən ibarət tətbiq və utilitləri özündə birləşdirir. Şirkətin bütün noutbuklarında tətbiq olunan xüsusi MyASUS proqram təminatı kimi element də daxildir. Süni intellektlə işləməyin faydalarını daha da artıran həllərin siyahısı getdikcə genişlənəcək.
ASUS Zenbook A14 (UX3407)-ın qısa texniki xüsusiyyətləri:
Əməliyyat sistemi | Windows 11 Ev |
Prosessor | Snapdragon X Elite X1E-78-100 3,4 GHz (42 MB keş-yaddaş, 3,4 GHz-a qədər, 12 nüvə, 12 axın); 45 Vt- model UX3407RA; Snapdragon X X1-26-100 (30 MB keş-yaddaş, 8 nüvə, до 2,97 GHz-a qədər); 28 Vt- model UX3407QA |
Neyron prosessor (AI-sürətləndirici) | Qualcomm Hexagon NPU, 45 TOPS |
Qrafika | Qualcomm Adreno |
Displey | 14,0” 16:10 OLED WUXGA (1920×1200) 60 Hz, яркость 400 cd/m2, maksimum parlaqlıq 600 cd/m2, 1000 000:1 kontrast, cavablama müddəti 0,2 ms, Display HDR True Black 500 sertifikatlaşması, 1,07 milyarda qədər rəng dərinliyi, Pantone Validated və SGS sertifikatları, parlaq, sensorsuz, 70% daha az göy işıq, ekranın nisbi sahəsi 90%, geniş baxış bucaqları; DCI-P3 100% tutma |
Operativ yaddaş | 16 və ya 32 GB LPDDR5X-8533 plata üzərində |
Saxlanc | SSD 512 GB/1 TB PCIe 4.0 (M.2 2280 slot) |
Girişlər | 2 USB 4.0 Type-C (40 GBit/s, displey, Power Delivery dolum) 1 USB-A 3.2 1 HDMI 2.1 TDMS audiogiriş 3,5-mm |
İnterfeyslər | Wi-Fi 6E (802.11ax) 2×2 (triple band), Bluetooth 5.3 (UX3407QA) Wi-Fi 7 (802.11ax) 2×2 (triple band), Bluetooth 5.4 (UX3407RA) Windows Hello dəstəyi ilə FHD infraqırmızı kamera |
Şirkətə məxsus PT MyASUS ScreenXpert GlideX
|
Displeyin rəng sahəsinin seçimi ASUS OLED Care displey müdafiəsi Sistemin diaqnostikası və yenilənməsi Təhlükəsiz dolum (charge) Ventilyatorların iş rejimi Təsvirin optimallaşması (Splendid) Videonun optimallaşması (Tru2Life) İsti düymələr Wi-Fi rouminqinin optimallaşması AppDeals xidməti Link to MyASUS |
İdarəetmə | Alt işıqlı membranlı keyboard Düymənin sıxılma dərinliyi 1,3 mm |
Digər | Parlaqlıq və rəng sensoru FHD İQ ASUS AiSense kamerası harman/kardon audiosistemi Mikrofonlar massivi |
Akumulyator və qidalanma | 32 saata qədər avtonom iş; sürətli dolum (0-60% qədər dolum 49 dəqiqəyə); 70 VTs, 3 giriş; 48 VTs, 3 giriş (opsiya); QB 65 Vt USB-C; 5-20 Vt-lıq mobil dolum qurğusundan sürətli qidalanma imkanı; Power Delivery dəstəklənməsi |
Ölşü və çəki Rəng |
311х214х13,4-15,9 mm; 0,98 kq (batareya 70 VtS) Bej Boz |
ASUS Zenbook A14 (UX3407) — portativ, güclü, məhsuldar
ASUS Zenbook A14 (UX3407) — məhsuldarlıq, portativlik və innovativ xüsusiyyətlərin mükəmməl ahəngini təklif edən yüksək səviyyəli noutbukdur. Onun yüngül, eyni zamanda davamlı konstruksiyası, heyrətamiz OLED displeyi və güclü Qualcomm Snapdragon X seriyalı prosessoru ilə birləşmədə, onu həm peşəkarlar, həm tələbələr, həm də yaradıcı istifadəçilər üçün mükəmməl seçim edir. Qabaqcıl süni intellekt xüsusiyyətləri, hərtərəfli qoşulma imkanları və uzunmüddətli avtonom iş qabiliyyəti Zenbook A14 modelini geniş tapşırıqlar üçün müksimum uyğun devaysa çevirir. Model, öz sinfinin ən öncül noutbuklardan biridir. Parlaq, güclü və çoxməqsədli cihaz axtaranlar üçün ASUS Zenbook A14 — bütün tələblərə cavab verən bir seçimdir.