İnternetdə Xiaomi Pad 7 və Pad 7 Pro planşetlərinin beynəlxalq versiyalarının təxmini qiymətləri haqqında məlumat ortaya çıxıb. Digər məlumatlara əsasən, bu dəfə cihazın “Pro” versiyası daxili bazardan kənarda da satışa çıxarılacaq.
Xiaomi Pad 7 və Pad 7 Pro artıq Çində təqdim olunub. Son vaxtlar qeyri-rəsmi məlumatlara əsasən, şirkət tezliklə hər iki qadceti daxili bazardan kənarda təqdim etmək niyyətindədir. Billlbil_kun insayderinə görə, Avropada qiymətlər aşağıdakı kimi olacaq:
- Xiaomi Pad 7: 8/128 GB — 429 avro, 8/256 GB — 469 avro
- Xiaomi Pad 7 Pro: 8/256 GB — 529 avro, 12/512 GB — 629 avro.
Əvvəllər Xiaomi Pad 6 Pro heç vaxt beynəlxalq versiya almamışdı və qlobal bazarda baza modeli olan Pad 6-nın qiyməti 6+128 GB və 8+128 GB versiyaları üçün müvafiq olaraq 399 avro və 429 avro təşkil edir.
Pad 7 seriyalı planşetlərin qlobal versiyalarının premyerası 2025-ci il martın 3-dən 6-dək keçiriləcək MWC sərgisində gözlənilir.