İphone 17 Air-ə rəqib olaraq hazırlanan nazik Samsung Galaxy S25 Edge smartfonu düşünüləndən daha da incə ola bilər.
Əgər əvvəllər smartfonun 6,4 mm nazik olduğu deyilirdisə, indi onun 5,84 mm olduğu bildirilir! Bu, istənilən standartlara görə çox nazik smartfondur. Hərçənd, 5 mm-dən aşağı olan cihazları xatırlayırıq, amma ümumiyyətlə, smartfonun naziklik yarışları dövründə belə 5 mm ətrafında olan cihazlar çox az modeldə olub.
Bildirilir ki, Samsung biri 6,4 mm qalınlığında, başqası isə 5,84 mm qalınlığında iki prototip hazırlayıb və onlar arasında seçim edib. Nəticədə ikinci variantı seçiblər, amma daha incə korpus səbəbindən smartfonun kamera bloku çox çıxıntılı olacaq. Xatırladaq ki, bu modelə kifayət qədər böyük 200 megapiksellik sensor seçilib. Həmçinin, batareyanın cəmi 3900 mAh gücündə olacağı da məlumdur.
Xatırladaq ki, iPhone 17 Air-in qalınlığı təxminən 6 mm olacaq və Samsung, ehtimal ki, Apple-ı qabaqlamaq üçün daha incə bir prototip seçmək qərarına gələ bilər.
Galaxy S25 Edge-in apreldə və ya mayda təqdim edilməsi gözlənilir, yəni iPhone 17 Air-dən bir neçə ay əvvəl.