“Shiftdelete” portalı insayder məlumatlara istinadən Samsung Galaxy S26 seriyalı smartfonların qarşıdan gələn təkmilləşdirməsi barədə məlumat yayıb. Mənbənin sözlərinə görə, şirkət bir neçə ildən sonra ilk dəfə olaraq flaqmanlarının şarj gücünü təkmilləşdirəcək, həmçinin onları yeni tip akkumulyatorla təchiz edəcək.
Yeni «söz-söhbətə» görə, ən azından Galaxy S26 Ultra smartfonu 65 Vt enerji təchizatını dəstəkləyəcək. Üstəlik, cihazın ölçülərini dəyişmədən şarj tutumlarını artıracaq bərk cisimli batareyaların seriyaya daxil edilməsi haqqında da məlumatlar var.
Məlumatda qeyd edilir ki, Çin smartfonlarının fonunda Samsung qadcetləri çoxdan geridə qalmış görünür: məsələn, cihazın maksimum 25 Vt-dan indiki 45 Vt-a yüksəldilməsi 2019-cu ildə Galaxy Note10 modelinin buraxılışı ilə baş tutub. Galaxy S25 seriyası hələ təqdim olunmayıb, lakin şayiələrə görə, telefonun əsas versiyasının şarj gücü eyni 25 Vt olaraq qalacaq, Galaxy S25+ və S25 Ultra modelləri isə 45 vattlıq şarj təchizatı dəstəyini saxlayacaq.