Şayiələrə görə, Amerika brendinin gələcək yeni məhsulu iPhone 16E kimi təqdim olunacaq. İnsayderlər bunun smartfonun qiyməti ilə bağlı olduğunu iddia edirlər — qadcetin təkmilləşdirilməsinə görə onun qiymətinin 599 dollar olacağı gözlənilir və SE seriyası üçün bu, alıcılara çox yüksək görünə bilər.
![](https://infocity.tech/wp-content/uploads/2025/01/maxresdefault.jpg)
Yeni məhsul yenilənmiş dizayn, həmçinin iPhone 15 Pro xəttində ilk dəfə təqdim edilən funksional düymə olan Action Button düyməsini alacaq. Bununla belə, cihaz kamera idarəetmə düyməsi kimi digər premium xüsusiyyətləri ilə təchiz edilməyəcək.