Çin insayderi Golden Pig Upgrade, Arc Battlemage video kartlarının nümayiş olunacağı Intel təqdimatının vaxtının dəyişdirildiyini bildirdi. Tədbir Qara Cümə günü deyil, dekabr ayında baş tutmalıdır. Məlumatı təchizat siyahısını təhlil edən Tomaş Qavronski təsdiqləyib.
Yəqin ki, Intel yeni məhsulları CES 2025-dən əvvəl elan etməyi planlaşdırır, burada AMD Radeon RX 8000 seriyasını, NVIDIA isə RTX 5000-i göstərə bilər. İnsayderin sözləriə görə, bu yolla şirkət jurnalistlərin diqqətini çəkə bilər, «çünki gələcəkdə onlar NVIDIA və AMD ilə məşğul olacaqlar».
Həmçinin Bionic_Squash ləqəbli insayder X sosiyal şəbəkəsində bildirib ki, Battlemage-dən sonra Intel Xe3 Celestial arxitekturasına əsaslanan yeni videokart seriyası üzərində işə başlayacaq.